Con Kits

Con Kits
John Keats
Con Kitsin ölümündən sonra Uilyam Hilton çəkilmiş portreti. Milli Portret Qalereyası, London
Con Kitsin ölümündən sonra Uilyam Hilton çəkilmiş portreti. Milli Portret Qalereyası, London
Doğum tarixi 31 oktyabr 1795(1795-10-31)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 23 fevral 1821(1821-02-23)[1][2][…] (25 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Roma protestant qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti şair
Əsərlərinin dili ingilis dili
İstiqamət romantizm
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Kits (31 oktyabr 1795[1][2][…], , London, Birləşmiş Krallıq və ya London[3]23 fevral 1821[1][2][…], Roma[4]) — romantizmin nümayəndəsi, ingilis şair. Şeirləri 25 yaşında vərəmdən vəfat etməzdən 4 il öncə çap olunmağa başlayan və romantik şairlərin ikinci nəslinin ən simalarından biri hesab olunan Kitsin adı Corc BayronPersi Biş Şelli kimi şairlərlə yanaşı çəkilir.[5]

Yaşadığı müddət ərzində şeirləri əksər tənqidçilər tərəfindən müsbət qarşılanmasa da, ölümündən sonra şöhrəti artmış[6] və 19-cu əsrin sonuna qədər ən sevilən ingilis şairlərindən birinə çevrilmişdir. O, eyni zamanda, bir çox şair və yazıçıya güclü təsir göstərmişdir. Xorxe Luis Borxes ilk dəfə Con Kitsin yaradıcığı ilə tanışlığın həyatı boyu yaşadığı ən möhtəşəm təcrübə olduğunu qeyd etmişdi.[7]

Kitsin şeirləri, xüsusilə də odaları "hissiyyatla ağır yüklənmiş" üslubu ilə xarakterizə olunur. Bu, romantik şairlərin yaradıcılığına xas idi; belə ki, onlar təbii təsvirləri bədii şəkildə vurğulayaraq duyğuları ön plana çıxarmağı qarşılarına məqsəd qoyurdular. Bu gün onun şeirləri və məktubları ingilis ədəbiyyatının ən məşhur və ən çox araşdırılan ədəbi nümunələrindən sayılır. Şairin ən çox bəyənilən şeirlərinə Bülbülə oda, Yuxu və poeziya və məşhur soneti Çapmenin Homerinə ilk baxış haqda daxildir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Hough G. G. John Keats // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  4. 1 2 Китс Джон // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. O'Neill and Mahoney (1988), p. 418.
  6. Amy Wilcockson, "The Romantic Reputation of John Keats". History Today, February 2021, pp. 13–16.
  7. Jorge Luis Borges (2000). This Craft of Verse. Harvard University Press, pp. 98–101.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search